Rusiyalı aktrisa Ukrayna ordusuna 10 min dollar bağışladı 

11:18 27.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tanınmış rusiyalı aktrisa Liya Axedjakova Ukrayna ordusuna 10 min dollar bağışlayıb.

Hafta.az Unian-a istinadla xəbər verir ki, o, bu barədə İnstaqramda məlumat verib.

"Ukrayna ordusuna 10.000 dollar köçürmə ilə dəstək oldum və sizi də bunu etməyə çağırıram! Və bir daha deyirəm: Bunun baş verdiyinə görə çox təəssüf edirəm. Ürəyim çox pis sıxılır, anlayıram ki, indi ölkənizdə həm sizin, həm bizim oğlanlar ölür. Bəziləri hətta çox gəncdir. Bu faciənin bitməsini ürəkdən istəyirəm”, - o yazıb.

Axedjakova qeyd edib ki, o, Ukrayna şəhərlərinin dağıdılmasını, insanların əzilərək pərişan olduğunu görmək istəmir.